15:37, 15 Aprel 2019 (Bazar ertəsi) 109

Prezident vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılması ilə qanunu imzalayıb

Prezident vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılması ilə qanunu imzalayıb
Prezident İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.

Dəyişiklik isə belədir: "İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz”.

Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.

Qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində dəyişiklik edilib. Maddəyə edilən əlavəyə əsasən, vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.