11:22, 08 Avqust 2018 (Çərşənbə) 354

Rusiya istehsalı olan xamalar "qara siyahı"ya salınıb

Rusiya istehsalı olan xamalar
Rusiyanın "Roskontrol" İstehlakçılar Birliyinin Ekspert Mərkəzi "Prostokvaşino", "Ostankinskoe" və "President" markalı xamaları istehlak üçün yararsız kimi təsdiq edib.

"Report" "Lenta.Ru"ya istinadən xəbər verir ki, araşdırma üçün ekspertlər həmçinin "Uqleçe pole", "Milava", "Rostaqroeksport" və "Blaqoda" markalarının xamalarının tərkibini araşdırıblar.

Nəticədə onların heç biri tələblərə cavab verməyib və alış üçün məsləhət görülməyib.