Sosial

Şəhid anası: "Bu park indi oğlumun məzarına çevrilib"

20 Yanvar, 2019
2159
Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilir. 

20 Yanvar hadisələri ilə əlaqədar Bakı Metropolitenində matəm musiqisi çalınır.

Stansiyalarda ətrafa qırmızı qərənfillər düzülüb. Telekanallar bu gün efirdə əyləncəli verilişlər yayımlamır. 

Hər ilin bu günü sübh tezdən minlərlə adam 1990-cı il yanvarın 20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gəlir.

Adətən, xiyabanı ilk Prezidentin ailəsi ziyarət edir. Bundan sonra rəsmi şəxslər, müxalifət liderləri və digər siyasi qurumların təmsilçiləri şəhid məzarlarını ziyarətə gəlir.

Bu gün səhər saatlarında dövlət başçısı "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 

Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra xiyabana xalq ziyarəti başlayıb. 

Azərbaycan müxalifət partiyaları da gün ərzində Şəhidlər Xiyabanına yürüş edəcəklərini deyiblər. 

Qara məzar daşları, qırmızı qərənfillər, şəhid yaxınları və göz yaşları...

Artıq 29 ildir ki, şəhərin ən hündür hissəsi şəhid məzarlarını "ev"i olur.
 


Şəhid anası Səlimə Vəliyeva da ziyarət edənlər arasındadır. O, tez-tez xiyabana ziyarətə gəlir.

"60-cı illərin sonunda nişanlımla görüş yerimiz olan bu park indi oğlumun məzarına çevrilib", - o deyir.

Gün ərzində əhalinin 20 Yanvar hadisələrində həlak olanların dəfn olunduğu xiyabana ziyarəti davam edəcək.

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın şəxs həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Türkan Bəşir
Toplum TV
 







Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo