Siyasət

Sergey Lavrov Xarici İşlər Nazirlərinin görüşünü şərh edib

17 Aprel, 2019
995
"Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə edilən razılaşmalar faydalıdır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya xarici işlər naziri İviça Daçiçlə görüşünün yekununa həsr olunan mətbuat konfransında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Rusiyanın vasitəçiliyi ilə aprelin 15-də keçirilən danışıqları şərh edərkən deyib.

"Moskvada bazar ertəsi günü keçirilən görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”, – Rusiyanın XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin bu danışıqlar çərçivəsində həllinə dair 2016-cı ildə verilən təkliflərə toxunan S.Lavrov xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyini bildirib: "Həmin təkliflərin məğzinə gəlincə, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir çox açıqlamasında təsbit olunmuş yanaşmalara uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddəratının təyini, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir”.

Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: "Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə təbii ki, məxfidir”.
 
Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo