10:51, 09 Avqust 2018 (Cümə axşamı) 237

Sərnişin daşıyıcıları qarşısına yeni tələblər qoyulub

Sərnişin daşıyıcıları qarşısına yeni tələblər qoyulub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib. 

Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Tarif Şurasının məlum qərarından sonra DANX-nin daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub:

"Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür".