Sosial

"Şirkətin müştərinin fotosunu yayması hüquqi məsuliyyət yaradır" - Hüquqşünas

7 Noyabr, 2018
1605
"Kontakt Home” kredit borcunu ödəməyən müştərisini yaşadığı ərazidə utandırmaq məqsədi ilə fotosunu yaşadığı ərazidə binalara yapışdırıb.

Bildirilir ki, şirkət öncə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə cavabdeh xanımın 1583 manat borcunun ödənilməsi ilə bağlı qərar çıxarıb. Lakin xanım yenə borcunu ödəməyib. Buna görə də şirkət onun  şəklini Səbail rayonu ərazisindəki binalara yapışdırıb.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, şəxsin icazəsi olmadan adının, şəklinin istifadə olunması, hər hansı özəl münasibətlər çərçivəsində gözdən salınması şəxsi həyata müdaxilədir: "Bu hərəkət Azərbaycan qanunvericiliyinə görə, Mülki Məcəllənin 23-cü maddəsi ilə məsuliyyət yaradır. Söhbət şəxsin reputasiyasını aşağılamaqdan gedirsə, fotosu divara yapışdırılan şəxs kredit təşkilatından ona gəyən mənəvi zərərə görə təzminat tələb edə bilər”.

Hüquqşünasın sözlərinə görə, şəxs kredit götürürsə, burada qurumla şəxs arasında müqavilə bağlanır və onun tələblərinə də əməl edilməlidir: "Tərəflər aydın şəkildə öhdəliklərini icra etmirlərsə, bunu məhkəmə qarşısında mübahisələndirə bilərlər”.

"Kontakt Home” şirkəti Toplum Tv-nin suallarını cavablandırmaqdan imtina edib. Şirkətdən bildiriblər ki, bu barədə yazılı müraciət edilməlidir. 
 
Gülzar N. Məmmədli
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo