Siyasət

"Siyasi Məhbusları Müdafiə Mərkəzi" hesabat yayıb

17 Yanvar, 2019
948
"Siyasi Məhbusları Müdafiə Mərkəzi" "Həbs yerlərində saxlanma şəraiti: mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələr” adlı illik hesabat açıqlayıb.

Hesabat iki istiqamətdə aparılan araşdırmaları ehtiva edir: həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.

Bildirilir ki, hesabatın hazırlanmasında məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, problemin həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına, məhbus hüquqlarının təmin olunmasına yardım göstərməkdir.

Hesabatda həbs yerlərindəki – həbsxana, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarındakı vəziyyətdən, həmçinin Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsindən danışılır, həbs yerlərindəki korrupsiya və işgəncə hallarından, həmin işgəncələr haqda beynəlxalq hesabatlarda yazılanlardan bəhs edilir, "Məhbuslara işgəncə verən vəzifəli şəxslərin siyahısı ("qara siyahı”) təqdim olunur.

Hesabatda "Siyasi məhbuslar haqqında sifarişli hökm çıxaran hakimlərin qara siyahısı”, "Siyasi sifarişləri icra edən prokurorluq əməkdaşlarının qara siyahsı”, "Siyasi işlərlə bağlı saxta rəy verən ekspert” kimi bölmələr də var.

Sənəd müəllifləri hazırda ən ciddi problemlərdən birinin siyasi məhbus poblemi olduğunu vurğulayır və iddia edirlər ki, ölkədə ictimai-siyasi fəallığına, hüquq müdafiəsi, jurnalistika sahəsindəki fəaliyyətinə, dini baxşılarına görə həbs edilmiş 150-dən çox məhbus var.

Hesabatın sonunda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, məhbusların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması, eləcə də siyasi məhbus probleminin həlli üçün bir sıra tövsiyələr irəli sürülür.

Hesabat 2018-ci ilin sonuna olan vəziyyəti əks etdirir.

"Siyasi Məhbusları Müdafiə Mərkəzi"ndə hüquq müdafiəçisi Oqtay Gülalıyev, jurnalistlər Mehman Əliyev, Əvəz Zeynallı, yazıçı-publisist Zümrüd Yağmur və başqaları təmsil olunurlar.

Novator.az


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo