Siyasət

''Taleh Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar''

14 Yanvar, 2019
1024
Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilir. Bu haqda Meydan TV-yə A.Hüseynovun anası Rəhimə Hüseynova məlumat verib.

Anasının dediyinə görə, onlar da məsələdən Qobustan həbsxanasından saxlanan "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə vasitəsilə xəbər tutublar.

Yanvarın 14-də T.Bağırzadə ailə üzvlərilə telefonla danışarkən onları A.Hüseynovun döyülməsi barədə məlumatlandırıb. Bildirib ki, bir gün öncə - yanvarın 13-də Abbasın necə döyüldüyünü, qan içində sürüyə-sürüyə aparıldığını özü görüb.

R.Hüseynova bildirib ki, yanvarın 14-də oğlu da evlərinə zəng etməli imiş, lakin zəng gəlməyib:

"Bu gün onun telefon günüydü, zəng eləməməsi də sübut edir ki, onun başında bir iş var”.

A.Hüseynovun anası bir neçə gün öncə siyasi məhbusların hüquqlarının pozulmasıyla bağlı tədbirdə çıxış edərək, oğluna və başqa məhkumlara qarşı işgəncələrdən danışmışdı. Bildirmişdi ki, həbsxanada başqa bir Nardaran məhbusu Cabbar Cabbarovu döyəndə Abbas özünü irəli verib: "Deyib ki, Cabbarın ciyəri xəstədir, partlayar, onu buraxın, məni döyün...”

R.Hüseynova həmin tədbirdən cəmi üç gün sonra oğlunun həbsxanada işgəncəyə məruz qalmasını təsadüfi saymır:

"Mənim çıxışımın intiqamını övladımdan alırlar”.

T.Bağırzadənin yaxınları da ilahiyyatçının yanvarın 14-də evə zəng edərək, Abbasla bağlı həyəcanlı xəbəri çatdırdığını Meydan TV-yə təsdiqləyiblər:

"Əsas elə Abbas haqda danışdı. Dedi ki, elə bil Nardaran əməliyyatını yenidən törədirdilər. Abbası al qanın içində apardılar. Özü barədə ancaq onu dedi ki, həbsxanada başqa bir məhbusu yandırdığına görə əlavə 6 il cəza almış bir məhkumu gətirib onun kamerasına salıblar. Özünü də hədələyiblər ki, bir daha bəyanat, açıqlama verə bilməyəcəksən. O gün vəkililə görüşə aparıb-gətirəndə əllərini qanlı qandalla bağlayıblar. O qədər də möhkəm sıxıblar ki, qandalın yeri sanki qanqrena olub”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna açıqlamasında Qobustan həbsxanasında Nardaran məhbuslarının döyülməsi, təzyiqlərə məruz qalması barədə məlumatları təkzib edib: "Bu şəxslər vaxtaşırı bəyanatlar verib gündəmdə qalmaq istəyirlər”.

T.Bağırzadə və A.Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. Hər ikisi 20 il azadlıqdan məhrum edilib.

T.Bağırzadə və A.Hüseynov özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo