Siyasət

''Taleh Bağırzadə xahişimizi nəzərə alıb aclığı dayandırdı''

16 Fevral, 2019
998
"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə 16 gün aclıqdan sonra aksiyanı dayandırıb. Bu barədə Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli məlumat verib.

R.Əhmədli Meydan TV-yə bildirib ki, özünün də üzv olduğu İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsi Qobustan həbsxanasında məhbuslara işgəncə verilməsi, orada saxlanılan ilahiyyatçı Taleh Bağırzadənin etiraz olaraq, aclıq aksiyası keçirməsi barədə xəbərlər və bundan yaranan narahatlıqlarla əlaqədar Penitensiar Xidmətə məktubla müraciət edib. Onun sözlərinə görə, müraciətə dərhal reaksiya verilib və fevralın 15-də onlara Qobustan həbsxanasına baş çəkməyə şərait yaradılıb. Həbsxanaya komitənin üzvlərindən R.Əhmədli ilə yanaşı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də gedib.

Onlar həbsxanada ilahiyyatçı Taleh Bağırzadə, Nardaran hadisələrinə görə onunla birlikdə həbs edilərək, 19 il cəza almış Cabbar Cabbarov və Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşüblər. R.Əhmədli deyir ki, görüş onların hər biri ilə vəkillər üçün ayrılmış otaqda ayrı-ayrılqda baş tutub.

"Qobustan həbsxanasında baş verən hadisələrlə bağlı müzakirələr müsbət nəticələrlə yekunlaşdı. Taleh Bağırzadə bizim, Milli Şura rəhbərliyinin, çoxminli tərəfdarlarının xahişlərini, Penitensiar Xidmətin bu görüş üçün xoşməramlı jestlərini nəzərə alaraq, aclıq aksiyasını dayandırmağa razılaşdı”, - deyə R.Əhmədli bildirib.

O, əlavə edib ki, görüşdükləri inanclı məhbusların hər biri nikbin və mübariz əhval-ruhiyyədə idilər. Onların xahişi isə azadlıqdakı əqidə və mübarizə dostlarına təşəkkürlərini və salamlarını çatdırmaq olub.

Fevral ayının əvvəllərində T.Bağırzadənin ailə üzvləri onun həbsxanada aclıq etdiyini bildirsə də, Penitensiar Xidmət bu haqda məlumatları təkzib edirdi.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo