20:28, 07 Avqust 2018 (Çərşənbə axşamı) 448

Təzəpir məscidinin təmir-bərpa işlərinə 2 milyon manat ayrılıb

Təzəpir məscidinin təmir-bərpa işlərinə 2 milyon manat ayrılıb
Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.