10:38, 15 Aprel 2019 (Bazar ertəsi) 119

Təzminat alacaq vətəndaşların siyahısı bu gün hazır olacaq

Təzminat alacaq vətəndaşların siyahısı bu gün hazır olacaq
Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası bildirib ki, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.