15:19, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 77

Ukraynanın sursat anbarında partlayış olub

Ukraynanın sursat anbarında partlayış olub


/ DÜNYA
Ukraynanın Çerniqovsk vilayətindəki sursat anbarında partlayış və yanğın baş verib.

Bu barədə prokurorluğun rəsmi saydında bildirilir.

Bu anbar İçnya qəsəbəsinin ətrafında yerləşir.

Ukrayna ordusunun baş qərərgahı bildirir ki, partlayış oktyabrın 9-u səhərə yaxın baş verib,xəsarət alan yoxdur.

Partlayışla bağlı "hərbi qulluğa səhlənkar yanaşma” maddəsi ilə cinayət işi açıb.

Ətraf kəndlərdən 10 minədək əhali köçürülüb, 30 kilometrlik məsafədə dəmiryol da daxil olmaqla nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin həmin ərazidə hava məkanı bağlanıb.

Fövqəladə hallar nazirliyinin məlumatına görə, həmin sursat anbarında 88 min tonadək silahvə sursat var.

Bu Ukrayna ordusunun sursat anbarında baş verən ilk partlayış deyil.

Ötən ilin sentyabrında Vinniski vilayətinin Kalinovka şəhəri ətrafındakı ən böyük sursat anbarlarından birində də yanğın baş vermişdi.

Bundan yarım il əvvəl-martda Xarkov vilayətindəki sursat anbarında baş verən yanğın və partlayış nəticəsində isə ordakı hərbi arsenalın böyük hissəsi məhv olmuşdu.

Baş hərbi prokuror Anatoliy Matois həmin vaxt demişdi ki, Xarkov vilayətindəki partlayışı Rusiyanın xüsusi xidməti təşkil edib.

Bu insidentlərdən sonra Ukrayna hökuməti silah və sursat anbarlarının təhlükəsizliyinin gücləndirilməsinə təxminən 3 milyon yarım dollar vəsait ayırıb.