Siyasət

Xədicə İsmayıl: "Yalan deyirlər, uydurma xəbərdir"

14 Yanvar, 2019
1877
Dekabrın 17-də avropa.info saytında müstəqil jurnalist Xədicə İsmayılovanın Qərb təşkilatlarından yarım milyon avro qrant alması ilə bağlı xəbər dərc olunub.

Həmin yazıdan sonra bir çox hakimiyyətyönlü media bu informasiyanı tirajladı.

Yazıda göstərilirdi ki, bu barədə avropa.info-ya məlumat beynəlxalq donor təşkilatlardan birinin ofisindən daxil olub. 

Göründüyü kimi, yazıda qrant verən təşkilatın adı və qrantın verilməsi ilə bağlı heç bir sənəd təqdim olunmayıb. 

Bu xəbərin doğruluğunu yoxlamaq üçün avropa.info saytının baş redaktoru Ruslan Bəşirli ilə əlaqə saxladıq. 

Ruslan Bəşirlidən həmin beynəlxalq donor təşkilatın adını və yaxud saytda yazılanları sübut edən bir sənəd və ya fakt istədik. 

Baş redaktor Toplum.tv-yə donor şirkətin adını və sənədləri yaya bilməyəcəklərini deyib: "Biz həmin sənədləri göstərə bilmərik, çünki bunlar məxfi məlumatdır. Avropa.info 6 ildir fəaliyyət göstərən ciddi saytdır. Əgər bu məlumat doğru olmasaydı, biz onu dərc etməzdik. Lakin sənədləri göstərmək, yaxud da donor təşkilatın adını qeyd etmək həmin təşkilatın nüfuzuna xələl gətirmiş olar. Bundan sonra heç kim onlarla əməkdaşlıq etməz. Ona görə də biz həmin məlumatları yaya bilməzdik".

Məsələyə yazıda ittiham olunan müstəqil jurnalist Xədicə İsmayılovanın mövqeyini də öyrəndik. 

Xədicə İsmayılova isə bildirib ki, avropa.info saytında gedən bu xəbərin heç bir əsası yoxdur: "Əlbəttə ki, yayılan məlumat yalandır. Heç bilmirəm niyə bu xəbəri uydurublar. Bütün donor təşkilatlar pulu hökumətlərdən, yaxud başqa donorlardan alırlar. Onlar pulları kimə verdikləri ilə bağlı hesabatlar dərc edirlər. Mənim almağım bir kənara, axı onlar da belə bir məlumat yaymayıblar. Heç olmasa hansı fondun qrant ayırdığını qeyd etsinlər. Ünvanı desinlər, gedim götürüm. Yalan deyirlər, uydurma xəbərdir, ona görə də təşkilatın adını deyə bilmirlər".

Türkan Bəşir
Toplum.Tv
 








Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo