Sosial

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

17 Yanvar, 2019
933
"Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr təşkil edir".
 
"Report"-un xəbərinə görə, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

"Hava şəraitinin ən kəskin dövrü günün ikinci yarısı və axşama doğru proqnozlaşdırılmışdı. Küləyin maksimal sürəti məhz axşam saatlarında müşahidə olunub. Abşeron yarımadasında yerləşən hidrometeoroloji şəbəkədən gələn məlumatlara görə, küləyin maksimal sürəti saniyədə 40 metrə çatır. Müşahidə olunan hava şəraiti ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir. Bununla da bizim xəbərdarlığımız özünü tam doğruldub. Təəssüf ki, sosial şəbəkələrdə müəyyən müzakirələr aparılır, hava ilə bağlı xəbərdarlığın nədən şişirdilməsi barədə fikirlər səsləndirilir...
Dünən xoş və anomal hava şəraiti var idi. Yanvar ayı üçün ənənəvi olmayan hava şəraiti müşahidə olunurdu. Bəzi yerlərdə temperatur 17-18 dərəcəyə kimi yüksəlmişdi. Bizim məqsədimiz ondan ibarət idi ki, əhali üçün hava şəraitinin çox kəskin dəyişməsi gözlənilməz olmasın. Artıq yanvarın 16-da Nazirlər Kabinetində ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı müşavirə keçirildi. Bütün dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verildi. Bununla da bütün dövlət təşkilatları havanın kəskin dəyişməsinə hazırlıqlı oldular. Hesab edirəm ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olduq. Bəzi suallar yaranır ki, məktəblərdə dərslər niyə dayandırıldı. Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil. Bizim vəzifəmiz ondan ibarətdir ki, gözlənilən hər hansı kəskin hava şəraiti haqqında, xüsusilə də ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında dövlət təşkilatlarını və əhalini məlumatlandıraq, baş verə biləcək fəsadları minimuma endirək. Artıq paytaxtda müəyyən fəsadlar müşahidə olunub, çox kəskin proses qeydə alınıb. Dövlət qurumları hazırlıqlı olduqlarını göstərdilər", - deyə Umayra Tağıyeva bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo