Sosial

Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün vahid tariflər müəyyən olundu

7 Avqust, 2018
1424
0,4 kilovolt gərginlikli mövcud şəbəkədən öz mənzilinə 20 kilovattadək birfazalı elektrik şəbəkəsi çəkmək niyyətində olan abonentlər üçün vahid tariflərin tətbiq olunması ümumilikdə bu xidmətlərin dəyərini azaltmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında "Azərişıq” ASC-nin Perspektiv inkişaf və "ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

Bundan başqa, iyul ayının sonundan etibarən "Azərişıq” abonentlərin enerji təminatı sxemini dəyişib. Onun sözlərinə görə, birfazalı şəbəkədən üçfazalı şəbəkəyə keçid, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində sayğacların dəyişdirilməsi kimi xidmətlər yalnız "ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir.

E.Rüstəmli əlavə edib ki, ümumilikdə 2018-ci ilin ilk yeddi ayı ərzində ASC "ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlərin sayını 10-dan 13-ə artırıb. Zərurət yaranacağı təqdirdə bu xidmətlər bir qədər də artırıla bilər.

O bildirib ki, bu ilin yeddi ayı ərzində müəssisəyə elektrik şəbəkəsinə qoşulmaq arzusunda olan sakinlərdən 11,5 min müraciət və biznes obyektlərinə elektrik çəkdirmək istəyən sahibkarlardan 1700-dən çox müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq aşkar edilən hallardan başqa müraciətlərin böyük hissəsi icra olunub. Ümumilikdə bu müddət ərzində ASC-yə 101 min müraciət daxil olub. Bu müraciətlərdən böyük əksəriyyəti texniki dəstək xidmətləri üçün edilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo