11:19, 06 Dekabr 2018 (Cümə axşamı) 93

Yəməndə tərəflər sülh danışıqlarına başlayır

Yəməndə tərəflər sülh danışıqlarına başlayır


/ DÜNYA
Son iki ildə ilk dəfə olaraq BMT Yəməndə müharibəni bitirmək üçün sülh danışıqlarının yeni raundunu başladır.

Xüsusi elçi Martin Qriffits dekabrın 6-da İsveçdə müharibə tərəflərinin iştitakıyla görüşə ev sahibliyi edəcək.

İndiyədək BMT danışıqların bir neçə raundunu təşkil etsə də, davamlı həll əldə olunmayıb.

2014-cü ildən bəri Yəməndə münaqişədə on minlərlə adam həlak olub, ölkə aclıq həddinə yaxınlaşıb.

BMT rəsmilərinin təklif etdiyi sülh planı Səudiyyənin rəhbərlik etdiyi koalisiya ilə İrana bağlı husi yaraqlıları arasında atəşkəsə çağırır.

Planda həmçinin keçid hökumətinin formalaşdırılması təklifi yer alıb.

Azadlıq Radiosu