18:17, 10 Noyabr 2018 (Şənbə) 610

Zamirə Hacıyevanın "21 milyon dollarlıq xərcliyi" - İNFOQRAFİKA

Londonda "Harrods" mağazasında 36 milyon manat xərclədiyi iddia olunan Zamira Hacıyeva noyabrın 8-də həbsdən zaminə buraxılıb. 

O, Azərbaycanda mənimsəmə ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır. 

Hacıyeva ötən həftə Azərbaycan hökumətinin ekstradisiya müraciətindən sonra London polisi tərəfindən saxlanılmışdı. 

Z. Hacıyeva ilə bağlı yayılan məlumatda deyilir ki, o, Britaniyada 21 milyon dollarlıq "bazalıq" edib. Bu barədə BBC məlumat yayıb. 

Bunlar aşağıdakılardır:

"Boucheron"da bir gündə 197300 dollar;
Şərab zirzəmisi üçün 2370 dollar;
Cartier zinət əşyalarına 131500 dollar;
"Harrods"ın avtomobil parkında iki xüsusi yer;
Gulfstream G550 jet təyyarəsi və s.

Zamirə Hacıyeva zaminə buraxılması üçün 500 min funt sterlinq pul ödəyib. Amma onun evində nəzarət üçün elektron xəbərdarlıq cihazı qurulacaq.

Ona hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və səfər sənədləri üçün müraciət etmək də qadağan olunub.

Zamirə Hacıyeva Məhkəmədə UWO çərçivəsində öz sərvətinin mənbəyini izah etməlidir.

İqrar Qurban
Toplum.Tv