Siyasət

Zəfər Əhmədov: "Ölüm aclığına başlamaqda qərarlıyam"

21 Yanvar, 2019
918
"Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbilə aclıq aksiyası keçirənlərdən biri – Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Zəfər Əhmədov yanvarın 21-dən ölüm aclığına başlaya bilər. Bu barədə Z.Əhmədov özü açıqlama yayıb.

Məhbus Ailələri Koordinasiya Mərkəzinin də koordinatoru olan Z.Əhmədov həbsdə olan siyasi fəallardan AXCP Gənclər Komirəsinin üzvü Fuad Əhmədlinin atasıdır. O, yanvarın 17-dən aclıq edir.

"Kütləvi çıxışlarda aksiyaya ötəri də olsa, diqqət ayrılmaması ən azı, bu aksiyanı başlamış şəxslərə, o cümlədən siyasi məhbuslara sayğısızlıqdır. "19 yanvar mitinqi aclıq aksiyasının davamı idi” deyənlərin isə yadına salıram ki, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir aksiya qarşısına qoyduğu məqsədlərə çatmamış dayandırıla bilməz. Aclıq aksiyası, piket, mitinq, yürüş və s. də son məqsədə çatmaq üçün vasitədir, bir-birini tamamlaya bilər, əvəz edə bilməz. Bunları nəzərə alıb, Mehman Hüseynova açılmış saxta cinayət işi bağlanana, ən azı, səfirlik nümayəndələri aclıq aksiyası keçirənlərə baş çəkib tələblərini dinləyənə kimi aksiyasını dayandırmağı məqbul hesab etmirəm. Müraciətim gözlədiyim effekti verməsə, 21 yanvardan ölüm aclığına başlamaqda qərarlıyam”, - Z.Əhmədov bildirib.

Z.Əhmədov Müsavat Partiyasının qərargahında aclığı davam etdirir. Həbsdən çıxmasına az qalmış haqqında yeni cinayət işinin başlanmasına etiraz olaraq aclıq edən bloger Mehman Hüseynova dəstək məqsədilə ictimai-siyasi fəallar da yanvarın 4-dən aclıq aksiyasına başlayıb. Bu aksiyaya qoşulanlar arasında jurnalist Xədicə İsmayıl, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və başqa çoxsaylı fəallar olub. Hazırda aksiyanı üç nəfər davam etdirir – Zəfər Əhmədov, həbsdə olan cəbhəçi gənc Orxan Baxışlının atası Rafiq Baxışov və təkbaşına etiraz aksiyaları keçirdiyinə görə "Tək adam” ləqəbilə tanınan Füzuli Hüseynov.

Bloger M.Hüseynov 2017-ci il martın 3-də Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında olunub. Həmin gün Suraxanı Rayon Məhkəməsində bloger Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) maddəsilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. Polis rəisi iddia edir ki, Mehman paytaxtın mərkəzində mülkigeyimli polislər tərəfindən başına torba keçirilərək Nəsimi Rayon Polis İdarəsinə gətirilməsi, bu idarədə işgəncələrə məruz qalması haqda müsahibəsilə ona böhtan atıb, işgüzar nüfuzuna zərbə vurub.

Dekabrın 26-da M.Hüseynovun haqqında yeni cinayət işi başlanıb. Bu dəfə o, saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Əli Abdalova xəsarət yetirməkdə ittiham olunur.

M.Hüseynov ittihamı rədd edir və onu həbsdən buraxmamaq üçün saxta cinayət işi hazırlandığını bildirir.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo